Logo Logo

Əlaqə nömrələri

+ 994 12 375 84 83

+ 994 50 611 06 94

Bakı şəh., Nizami ray.
C. Naxçıvanski küç. 81

Ekspert qarşısında qoyulmuş suallar

Məhkəmə-əmtəəşünaslıq təyini zamanı işin hallarından və tədqiqat obyektlərinin xarakterindən asılı olaraq aşağıdakı kimi suallar qoyulur:

– Təqdim olunan material qiymətlərinin hadisə baş verən tarixə pərakəndə (sərbəst) satış qiyməti müəyyən edilsin.

– Təqdim olunan əşyaların istehsal yeri, hansı (kustar və ya zavod) üsulla hazırlanması müəyyən edilsin.

– Əşyaların köhnəlmə faizləri nəzərə alınmaqla, onların qalıq dəyərləri müəyyən edilsin.

– Təqdim olunan əşyaların keyfiyyəti (hansı növə aid olması da daxil olmaqla) müəyyən edilsin.

– Təqdim olunan qızıl əşyaların dəqiq çəkisi müəyyən edilsin.

– Mülki işlər üzrə mübahisəli əmlakın qiyməti müəyyən edilsin.

– Təqdim olunan əşyaların istifadə üçün yararlı olub-olmaması müəyyən edilsin.

– Artıqlıq və çatışmazlıq kimi aşkar olunmuş material qiymətləri arasında mümkün olan əvəzləşmələri aparmaqla, dövlətə dəymiş ziyanın məbləği müəyyən edilsin.

– Təbii itki normalarının nə dərəcədə düzgün tətbiq edilib-edilməməsi müəyyən edilsin.

– Daşınar (avtomobil, mebel, xalça, ev heyvanları, ev quşları və s.) və daşınmaz (mənzil, obyekt, qaraj, avadanlıq, istehsal xətti və s.)  əmlakın qiymətləndirilməsi;

– Avtomobilin bazar qiymətinin, yol-nəqliyyat hadisəsi zamanı zədələnmə nəticəsində avtomobil sahibinə dəymiş zərərin məbləğinin müəyyən edilməsi;

– Faktiki ortada olmayan mübahisəli ev heyvanlarının (inək, dana, qoyun, keçi) diri çəki məlumatına və təmiz ət çıxarına əsasən orta bazar qiymətinin müəyyən edilməsi;

– Mübahisəli torpaq sahəsində taxıl və sair kənd təsərrüfatı bitkilərinin əkilib-becərilməsindən əldə edilmiş gəlirin hesablanması;

– Əkin-biçinə yararsız olan torpaq sahəsinin əkinə yararlı vəziyyətə gətirilməsi üçün tələb olunan xərcin müəyyən edilməsi;

– Əyyarından və çəkisindən asılı olaraq qızıl ziynət əşyalarının qiymətləndirilməsi;

– Ölçüsündən (karat) və keyfiyyətindən asılı olaraq brilyant qaşların qiymətləndirilməsi;

– Oğurlanmış əşyaların (telefon, su nasosu və s.) istifadəsi nəzərə alınmaqla qiymətləndirilməsi;

– Mişar daşı, otsep, çınqıl, taxta və sair tikinti materiallarının qiymətləndirilməsi;

– Daş karxanalarında elektrik enerjisi sərfiyyatı və kubatura metodu ilə istehsal həcminin, yəni istehsal edilmiş mişar daşının miqdarının müəyyən edilməsi;

– Açılış və bərk brak üzrə itkilərin hesablanması;

– İlkin mədaxil-məxaric sənədlərinə əsasən mal qalığının, eləcə də inventarizasiya nəticələrinə əsasən son hesabın müəyyən edilməsi;

–  Fiziki və mənəvi aşınmanın hesablanması;

– Xalq təsərrüfatı və istehsal təyinatlı avadanlıq və qurğularının amortizasiya aşınmasını hesablayaraq, son qalıq dəyərlərinin müəyyən edilməsi;

– Siyahıya salınmayan, lakin əmtəəşünaslıq ekspertizasının predmetinə aid olan ərzaq və sənaye mallarının keyfiyyətinin və keyfiyyətdən asılı olaraq orta bazar dəyərlərinin hesablanması;

– Qanunsuz ovlanmış təbii ehtiyatlardan, yəni quşlardan, heyvanlardan və balıqlardan təbiətə dəymiş ziyanın hesablanması;

–  Qanunsuz kəsilmiş ağaclardan təbiətə dəymiş ziyanın hesablanması;

– Əmtəənin, malın, əmlakın təsdiq edilmiş texniki şərtlərin və standartların tələblərinə uyğun olub-olmaması;

– Su axıntısından, yanğından və sairədən ziyan çəkmiş məişət əşyalarına dəymiş zərərin hesablanması;

– Meyvə-tərəvəz qəbulu zamanı orta nümunə götürülməsi, məhsulun keyfiyyətinin müəyyən edilməsi, göndəriş sənədlərində qeyd edilən keyfiyyət göstəricilərinin faktiki göstəricilərə uyğunluğunun müəyyən edilməsi;

Maddi sübutlar ekspertizaya göndərilərkən müvafiq standart və texniki şərtlərdə nəzərdə tutulan orta nümunə götürülməsi qaydalarına riayət etmək lazımdır.

Müqayisə üçün nəzərdə tutulmuş maddi sübutlar elə qablaşdırılıb, möhürlənməlidir ki, onların dəyişdirilməsi və xarab olması mümkün olmasın.

 

Bu səhifənin məzmununu qorunub