Logo Logo

Əlaqə nömrələri

+ 994 12 375 84 83

+ 994 50 611 06 94

Bakı şəh., Nizami ray.
C. Naxçıvanski küç. 81

Ekspertiza fəaliyyəti

Ekspertizanın təyin edilməsi və sənədlərin hazırlanması

Ekspertizanın keçirilməsində zərurət yarandıqda müvafiq qərarda (qərardadda) struktur bölməsinin adı və konkret ekspertin adı qeyd olunmadan, yalnız təşkilatın adı göstərilməlidir. Müvafiq qərar (qərardad) və lazımı materiallar ekspertiza təşkilatının rəhbərinə göndərilməlidir, çünki  ekspertizanın təşkili yalnız onun səlahiyyətlərinə aiddir.

Ekspertizanın təyin edilməsi barədə qərarda (qərardadda) araşdırılan obyektlərin tədqiqat zamanı tamamilə və ya qismən məhv olmasına, eləcə də görünüşünün və ya əsas xüsusiyyətlərinin dəyişməsinə səbəb ola biləcək halların qərarda (qərardadda) icazə və ya qadağa göstərilməlidir.

 

Ekspertə verilmiş suallar, fərqli şərhlərinin mümkünlüyünü istisna edərək, dəqiq şəkildə tərtib edilməlidir.

 

Əlavə və ya təkrar ekspertizaların təyin edilməsi

İlkin ekspertizanın rəyi kifayət qədər aydın olmadıqda, ekspert qarşısında qoyulmuş suallar  həllini tam tapmadıqda və ya tədqiqat aparılmış obyektlərə dair əlavə suallar yarandıqda, aparılmış tədqiqatın və ya rəydəki boşluğun aradan qaldırılması üçün əlavə ekspertiza təyin edilir.

Məsələn, ekspertə təqdim olunan və ya bütün suallara ekspert tərəfindən hərtərəfli cavab alınması mümkün olmayan obyektlərin araşdırılması zamanı yekun nəticə yetərincə əsaslı olmaya bilər.

Ekspertin sorğusu əsasında rəyə aydınlıq gətirmək və boşluğun aradan qaldırılması mümkün olmadıqda, ekspert rəyi verdikdən sonra əlavə ekspertiza təyin edilir.

Ekspertin rəyi kifayət qədər əsaslı olmadıqda və ya şübhə doğurduqda, yaxud onun əsaslandığı sübutlar etibarsız (qeyri-mötəbər) hesab edildikdə və ya ekspertiza aparılmasının prosessual qaydaları pozulduqda təkrar ekspertiza aparılır.

 

İlkin ekspertiza üçün təqdim edilmiş eyni məlumatlar və obyektlər əsasında qoyulan suallar üzrə təkrar ekspertiza aparılmalıdır. Təkrar ekspertiza daxilində əlavə olaraq ilkin materialların öyrənilməsi ilə bağlı digər məsələlərdə həll edilə bilər.

 

Təkrar və ya əlavə ekspertizanın təyin edilməsi barədə qərarda (qərardadda) mütləq ekspert araşdırması obyektlərinin təyin edilməsi səbəbləri və əsasları göstərilməlidir və müqayisəli tədqiqat nümunələri və ekspertiza ilə əlaqəli digər materiallar, o cümlədən ilkin rəydən sonra yaranan ekspertiza predmetinə aid əlavə materiallarda daxil edilməlidir, eləcədə işdə olan bütün əvvəlki ekspertizaların rəyi (bütün əlavələrlə) və ya rəyin verilməsi mümkün olmaması haqqında məlumat.

 

Əlavə və ya təkrar ekspertizanın təyin edilməsi barədə qərar (qərardadda), ekspert araşdırması obyektləri, müqayisəli tədqiqat nümunələri və ekspertizaya aid digər materiallar ilə birlikdə ekspertə əvvəlki ekspertizaların nəticələri (bütün əlavələrlə) və ya rəyin verilməsi mümkün olmaması haqqında məlumat təqdim edilməlidir.

Kompleks ekspertizasının təyin edilməsi

İş üçün əhəmiyyətli olan halların aydınlaşdırılması müxtəlif bilik və ya elm sahələri, yaxud biliyin bir sahəsi daxilində müxtəlif üsullar sistemi əsasında yalnız bir neçə tədqiqat aparılmaqla həyata keçirilə bildikdə kompleks ekspertizası təyin edilir.

Komisyon ekspertizasının təyin edilməsi

Komisyon ekspertizası eyni ixtisas üzrə sayı iki nəfərdən az olmayan ekspertlər tərəfindən aparılır. Komissiya tərkibində ekspertizanın aparılması həvalə edilmiş hər bir ekspert müstəqildir və sərbəst olaraq özünün əldə etdiyi və başqa ekspertlər tərəfindən əldə olunmuş nəticələri qiymətləndirir və öz zəruri biliyi hüdudlarında qoyulmuş suallara cavab verir. Ekspertlər rəy verməmişdən qabaq öz aralarında məsləhətləşirlər. Ümumi rəyə gəldikdə, rəyə bütün ekspertlər tərəfindən imza edilir. Ekspertlər arasında fikir ayrılığı olduqda hər bir ekspert buna səbəb olan məsələ barəsində yazılı formada öz rəyini ayrıca tərtib edir.

Bu səhifənin məzmununu qorunub