Logo Logo

Əlaqə nömrələri

+ 994 12 375 84 83

+ 994 50 611 06 94

Bakı şəh., Nizami ray.
C. Naxçıvanski küç. 81

Haqqımızda

“Müstəqil Məhkəmə Ekspertizası” MMC müxtəlif ekspertiza növləri (tikinti-texniki, əmtəəşünaslıq, xətşünaslıq, sənədlərin texniki, psixoloji, torpaqşünaslıq, trasoloji, ballistik, avtotexniki və iqtisad ekspertizalar) üzrə meydana çıxan sualların araşdırılması istiqamətində məhkəmə eksperti ixtisası almış peşəkar ekspertlər tərəfindən elmi əsaslanmış tədqiqatlar aparılmaqla ekspert rəyləri tərtib edir. Həmin rəylərin əsaslı,obyektiv və rəqabət qabiliyyətli olmasına zəmanət verir.

Ekspertiza sahəsində məhkəmə və hüquq mühafizə orqanları ilə əməkdaşlıq edən, o cümlədən fiziki və hüquqi şəxslərə xidmət göstərən Şirkətimiz, ölkəmizin bütün ərazisini əhatə etməklə, Azərbaycanda ilk dəfə olaraq ekspertiza sahəsində, habelə müxtəlif metod və yanaşmaların tətbiqi, xüsusi analizlərin laboratoriya şəraitində tədqiqatın aparılması, məkan məlumatlarının nəzərə alınması, rəqəmli xəritələrə əsaslanan məlumat bazasının yaradılması və istifadəsində Coğrafi İnformasiya Sistemlərini tətbiq edir.

Şirkətimiz obyektivlik, operativlik, yüksək keyfiyyət, neytral və rəqabətli mövqe ilə yanaşı, mübahisəli məsələlərin həlli və s. istiqamətlərdə məsləhətlər verməklə hüquqi yardım da göstərir.

Uğurla fəaliyyət göstərən Şirkətimizdə yerli və xarici tədris mərkəzlərində təhsil almış, Respublika Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzində iş təcrübəsi olan və müvafiq sertifikatlara malik peşəkar ekspertlərimiz Sizin üçün zəruri olan məsələlər ətrafında elmi əsaslandırılmış ekspert rəyi tərtib edilməsində həmişə xidmətinizdədir.

Bu səhifənin məzmununu qorunub