Bu ekspertizanın tədqiqat obyektləri aşağıdakılardır:
– əmtəə-material qiymətlərin və pul vəsaitlərinin hərəkətini əks etdirən ilkin mədaxil-məxaric sənədləri;
– hesabatlar (material hesabatları, istehsal hesabatları, əmtəə-pul hesabatları və s.);
– dövriyyə cədvəlləri, yığım cədvəlləri;
– maddi məsuliyyət barədə müqavilələr;
– anbar uçotu kartoçkaları, (zabor-limit vərəqələri);
-inventarlaşdırma siyahıları (təhvil-təslim aktları), onların nəticələri ilə əlaqədar tərtib olunmuş üzləşmə cədvəlləri;
– təbii itkinin tətbiqi ilə əlaqədar aparılmış hesablamalar;
– əmtəə-material qiymətlilərinin silinməsi ilə əlaqədar tərtib olunmuş aktlar;
-materialların qiymətlərinin aşağı salınması və ya yenidən qiymətləndirilməsi haqqında tərtib olunmuş aktlar;
-mal göndərən təşkilatlarla mal alan təşkilatlar arasında qarşılıqlı üzləşmələrin aparılması barədə aktlar;
– kassada qəflətən yoxlamaların aparılması barədə aktlar;
– yerinə yetirilmiş işlərin qəbuluna dair və eləcə də nəzarət ölçüsü barədə aktlar;
– mütəxəssislər tərəfindən aparılmış sənədli təftiş nəticəsində tərtib olunmuş aktlar;
– orderlər jurnalı, baş kassa kitabı, kassa mədaxil və məxaric orderləri;
– izahatlar, maddi-məsul şəxslərin və vəzifəli şəxslərin dindirilməsi protokolları, əmrlər, arayışlar, mühasibat uçotuna dair digər sənədlər;
– kredit və girov müqavilələri;
– qarant öhdəlikləri və ya zəmanət məktubları;
– müddətli öhdəliklər;
– ödəmə tapşırıqları;
– bank çıxarışları;
– müəssisənin banka olan borcu haqqında məlumat;
– kredit vəsaitinin ödənilməsi barədə tərtib edilmiş mühasibat sənədləri;
– müəssisənin (borc alanın) ilkin mühasibat sənədləri və hesabatları və s.