Logo Logo

Əlaqə nömrələri

+ 994 12 375 84 83

+ 994 50 611 06 94

Bakı şəh., Nizami ray.
C. Naxçıvanski küç. 81

Psixoloji ekspertiza

Məhkəməpsixoloji ekspertizası həm cinayət, həm mülki işlər üzrə xüsusi psixoloji biliklərin tətbiq olunması ilə həyata keçirilir. Məhkəməpsixoloji ekspertizasının vəzifəsi şəxsiyyətin psixi fəaliyyətininidrak proseslərinin, emosionaliradi sferasının fərdipsixi xüsusiyyətlərinin öyrənilməsi bunun cinayət əməlini törədən şəxsin, zərərçəkmişin, şahidin başqa şəxslərin  davranışına təsirini müəyyən etməkdən ibarətdir.

Məhkəməpsixoloji ekspertizasının məqsədi xüsusi psixoloji biliklərdən istifadə etməklə cinayət  mülki işlər üzrə həqiqətin müəyyən olunmasından ibarətdir. Psixoloji tədqiqat zamanı ekspert psixoloji metodlardan istifadə edərək, məhkəməistintaq orqanlarına məhkəməyə məlum olmayan faktlar üzə çıxarır. Məhkəməpsixoloji ekspertizasının predmeti insanın üçün hüquqi əhəmiyyət kəsb edən psixi fəaliyyətinin konkret proseslərini, xüsusiyyətlərini, hallarını mexanizmini öyrənməkdən ibarətdir. Məhkəməpsixoloji ekspertizasının obyektini isə psixi cəhətdən sağlam insanın (təqsirləndirilən, zərərçəkmiş, şahid, iddiaçı  cavabdeh) onun cinayət, habelə mülki işlə bağlı psixi fəaliyyəti təşkil edir. Ekspert tədqiqatı zamanı müayinənin mərkəzində ekspertizadan keçiriləcək insanın şəxsiyyəti durur.

Məhkəmə-psixoloji ekspertizasının təyin edilməsinə məhkəmə-istintaq orqanları əvvəlcədən hazırlaşmalıdır. İlk növbədə, ekspert-psixoloq qarşısında qoyulacaq suallar və bununla bağlı, ekspertizanın növü müəyyən edilməlidir. Rəy verilməsi üçün zəruri olan materiallar toplanmalı, ekspertizanın növündən asılı olaraq müayinə ediləcək şəxs ekspertizaya (ekspert-psixoloqa) təqdim edilməlidir. Ekspert rəyinin tam, hərtərəfli və obyektiv olması üçün ekspertizanın istintaqın hansı mərhələsində keçirilməsi dəqiqləşdirilməlidir. Məhkəmə-psixoloji ekspertizası cinayətin təhqiqatı ilə bağlı ortaya çıxan bəzi məsələlərin həlli üçün xüsusi psixoloji biliklər tələb edildiyi anda təxirə salınmadan təyin edilməlidir. Digər hallarda isə ekspert-psixoloq qarşısında qoyulmuş suallarla əlaqədar rəy verilməsi üçün zəruri materiallar toplanmış olduğu təqdirdə təyin olunur.

Ekspert-psixoloq rəy vermək üçün məhkəmə prosesinə də dəvət oluna bilər. Məhkəmə-psixoloji ekspertizası psixi cəhətdən tam sağlam olan şəxsin psixi fəaliyyətinin onun davranışına göstərdiyi təsirin xarakterini müəyyən etdiyindən, psixoloji müayinədən keçəcək şəxsin psixi sağlamlığına tam əmin olduqdan sonra, yəni məhkəmə-psixiatrik ekspertizasından sonra məhkəmə-psixoloji ekspertizası təyin edilə bilər.

 

Bu səhifənin məzmununu qorunub