Məhkəmə-psixoloji ekspertizasının təyini zamanı işin hallarından asılı olaraq aşağıdakı kimi suallar qoyulur:
İş üçün əhəmiyyətli halların qavranılmasının və onlar haqqında düzgün ifadə vermək qabiliyyətinin məhkəmə-psixoloji ekspertizası üzrə
– Muayinə olunan şəxsin sensor-perseptiv proseslərinin fərdi xüsusiyyətlirini və hadisə şəraitini nəzərə alaraq, onun iş üçün əhəmiyyətli halları düzgün qavraya bilməsi müəyyənləşdirilsin.
– Həssaslıq və onun hədləri, ifadə verən şəxsə, hadisənin baş verdiyi şəraitin malik olduğu qıcıqlandırıcıları duymağa və ya qavramağa imkan verə bilərmi?
– Muayinə olunan şəxs təlqinə qapılmağa, başqalarının təsiri altında hərəkət etməyə meyllidirmi?
– Muayinə olunan şəxs özündən uydurmağa meyllidirmi?
– Muayinə olunan şəxs hansı fərdi-psixi xüsusiyyətlərə malikdir?
Şəxsin özünün və ona qarşı edilmiş hərəkətlərin mahiyyətini dərk etmək qabiliyyətinin məhkəmə-psixoloji ekspertizası üzrə
– Muayinə olunan şəxs hansı fərdi-psixi xüsusiyyətlərə malikdir?
– Muayinə olunan şəxsin əsas fərdi-psixi xüsusiyyətləri hansılardır və bu xüsusiyyətlər ona qarşı hüquqazidd hərəkətlər edilərkən necə təzahür olunmuşdur?
-Muayinə olunan şəxs yaş xüsusiyyətləri və intelektual inkişafı nəzərə alınmaqla, onunla edilən hərəkətlərin xarakter və mənasını anlaya bilərdimi?
– Muayinə olunan şəxs ona qarşı edilən hüquqazidd hərəkətlərdən əvvəl, baş vermiş hadisə zamanı və hadisədən sonra hansı psixi-emosional halda olmuşdur, həmin psixi-emosional halların dinamikası necədir?
– Muayinə olunan şəxs özünün psixi yaş və fərdi-psixi xüsusiyyətlərindən, intelektual inkişafı və emosional halından asılı olaraq, müqavimət göstərmək qabiliyyətinə malik olmuşdurmu?
– Muayinə olunan şəxsin psixi vəziyyəti müqəssirin ona qarşı etdiyi hərəkətlərin nəticəsində yarana bilərdimi?
– Muayinə olunan şəxsin əqli inkişafında gerilik əlamətləri varmı?
– Muayinə olunan şəxsin psixi inkişafını nəzərə alaraq, onun yaranmış şəraitin mahiyyətini tam dərk etməsi və davranışının mümkün nəticələrini görə bilməsi müəyyənləşdirilsin.
Yetkinlik yaşına çatmamış təqsirləndirilən şəxslərin məhkəmə-psixoloji ekspertizası üzrə
– Yetkinlik yaşına çatmamış şəxsin səciyyələndirən əsas fərdi-psixi xüsusiyyətlər hansılardır?
– Yetkinlik yaşına çatmamış şəxsin əqli inkişafında gerilik əlamətləri müşahidə olunurmu?
– Əqli və psixi inkişafını nəzərə almaqla, yetkinlik yaşına çatmamış şəxs öz hərəkətlərinin mahiyyətini dərk edə bilərdimi?
– Əqli və psixi inkişafının xüsusiyyətlərinə görə, yetkinlik yaşına çatmamış şəxs öz hərəkətlərini idarə etmək qabiliyyətinə malikdirmi?
Psixi-emosional halların məhkəmə-psixoloji ekspertizası üzrə
– Təqsirləndirilən şəxs hansı fərdi-psixi xüsusiyyətlərə malikdir?
– Emosional halından (fizioloji affekt, stress, frustrasiya və s.) asılı olaraq, təqsirləndirilən şəxs öz hərəkətlərini tam dərk etmək qabiliyyətinə malik olmuşdurmu?
– Təqsirləndirilən şəxs cinayət əməlini törədərkən, hansı psixi-emosional halda olmuşdur?
– Cinayət əməlini törədərkən, təqsirləndirilən şəxsin keçirdiyi emosional halın yaranma səbəbləri nədən ibarətdir?
– Təqsirləndirilən şəxs cinayət əməlini törədərkən fizioloji affekt halında olmuşdurmu?
Suisidal halların məhkəmə-psixoloji ekspertizası üzrə
– İntihar etmiş şəxsin (suisidentin) fərdi-psixi xüsusiyyətləri hansılardır və bu xüsusiyyətlər onun özünü öldürməsində necə təzahür etmişdir?
– İstintaq fərziyyəsinə görə özünü öldürmüş şəxsdə, ölümündən əvvəlki dövrdə hansı psixi-emosional hal olmuşdur və bu hal hansı amillərlə şərtlənmişdir?
– Suisidentdə ekstremal psixi vəziyyətin (fizioloji affekt, stress, emosional-psixi gərginlik, frustrasiya və s.) yaranma səbəbləri nədən ibarət olmuşdur?
– Təqsirləndirilənin hərəkətləri ilə (dəqiq göstərməli: məs., zorlama, qəddarcasına münasibət və ya mütəmadi olaraq şəxsi ləyaqətinin alçaldılması və s.) zərərçəkmişin ölümündən əvvəlki dövrdə keçirmiş olduğu psixi-emosional halı arasında səbəbli nəticə əlaqəsi mövcuddurmu?
Cinayətkar qrupun məhkəmə-psixoloji ekspertizası üzrə
– Qrup üzvlərindən hansı şəxs özünün fərdi-psixi xüsusiyyətlərinə görə qrupda lider mövqeyi tuta bilər?
– Təqsirləndirilən şəxslərdən kim təlqinə qapılmağa, təsir altına düşməyə, tabe olmağa, qorxaqlığa, zəif iradi keyfiyyətlərə malikdir?
– Təqsirləndirilən şəxslərin psixi inkişaf səviyyələri necədir?
Yol-nəqliyyat hadisələri ilə əlaqədar məhkəmə-psixoloji ekspertizası üzrə
– Konkret şəraitdə, sürücünün yolda dayanmış maşına qədərki məsafəni düzgün qiymətləndirməsinə hansı psixo-fizioloji amillər təsir edə bilərdi?
– Baş vermiş yol hadisəsi zamanı sürücünün davranışı onun real reaksiya imkanına uyğun olmuşdurmu?
– Zərərçəkmiş piyadanın maşın vurmazdan əvvəlki hərəkətini psixoloji cəhətdən əsaslı hesab etmək olarmı?
– Müayinə olunan şəxsin qəza hadisəsindən əvvəlki, hadisə zamanı və ondan sonrakı davranışına hansı psixi xüsusiyyətləri əhəmiyyətli dərəcədə təsir gəstərə bilərdi?
– Hadisə baş verən zaman (və ya hadisə baş verəndən sonra) sürücünün psixi-emosional vəziyyəti necə olmuşdur?
Avtomatlaşdırılmış sistemlərin idarə edilməsi zamanı baş vermiş qəza hadisələrinin məhkəmə-psixoloji ekspertizası üzrə
– Müayinə olunan şəxs hansı fərdi-psixi xüsusiyyətlərə malikdir və bu onun davranışına təsir edə bilərdimi?
– Hadisə baş verən zaman müayinə olunan şəxsin psixi-emosional vəziyyəti necə olmuşdur?
– Qəza hadisəsinin baş verdiyi avtomatlaşdırılmış sistem mühəndis-psixoloji tələblərə uyğundurmu?