Logo Logo

Əlaqə nömrələri

+ 994 12 375 84 83

+ 994 50 611 06 94

Bakı şəh., Nizami ray.
C. Naxçıvanski küç. 81

Predmeti

Psixologiya elminin müasir inkişaf səviyyəsinə müvafiq olaraq məhkəmə-psixoloji ekspertizasının səlahiyyətinə aşağıdakı məsələlər aid edilir:

– şəxsin öz hərəkətlərinin mahiyyətini dərk etmək və öz hərəkətlərini idarə edə bilmək qabiliyyətinin psixi xəstəliklə bağlı olmadığı halda müəyyən edilməsi;

– əqli inkişafdan geri qalma və ya ləngimə məsələlərinin müəyyənləşdirilməsi;

– şəxsin iş üçün əhəmiyyətli olan halları adekvat olaraq qavramaq və ifadə vermək qabiliyyətinin müəyyənləşdirilməsi;

– baş vermiş hadisələri qavramaq, mahiyyətini anlamaq, onları  yadda saxlamaq və yada salmaq qabiliyyətinin öyrənilməsi;

– zərərçəkmişin hərəkəti nəticəsində təqsirləndirilən şəxsdə fizioloji affektin və ya qeyri-patoloji emosional halların (emosional oyanma, emosional stress, frustrasiya və s.) yaranmasının müəyyənləşdirilməsi;

– davranışın psixoloji motivini və mexanizminin müəyyənləşdirilməsi;

– şəxsin idrak proseslərinin və fərdi-psixi xüsusiyyətlərinin müəyyən edilməsi;

– ölümündən əvvəl suisidentin davranışına təsir etmiş psixoloji amillərin və onun hadisədən əvvəlki dövrdə psixi-emosional vəziyyətinin müəyyən edilməsi;

– cinayətkar qrupun qeyri-formal strukturunun və qrup üzvlərinin psixoloji xüsusiyyətlərinin öyrənilməsi;

– ailədaxili qarşılıqlı münasibətlərin və ailə şəraitinin, eyni zamanda valideynlərin fərdi-psixi xüsusiyyətlərinin uşağın psixi inkişafına və emosional-iradi sferasına təsirinin müəyyən edilməsi;

– ailədə (nikahın pozulması ilə əlaqədar) uşaqların konkret şəxslər (ata, ana və ya başqaları) tərəfindən tərbiyə olunması imkanlarının psixoloji əsaslarının müəyyən edilməsi.

Qeyd: məhkəmə-psixoloji ekspertizası məhkəmə-tibb ekspertizasına aid olmayıb, «psixoloji və psixofizioloji ekspertizalar» sinfinə daxildir, belə ki, məhkəmə-psixoloji ekspertizası psixi cəhətdən sağlam olan şəxsin psixi fəaliyyətinin iş üçün əhəmiyyət  kəsb edən hallarını müəyyənləşdirir. Cinayət və mülki işlər üzrə məhkəmə-psixoloji ekspertizası təyin edilərkən qeyd olunanları nəzərə almaq məqsədəuyğundur.     

Bu səhifənin məzmununu qorunub