Logo Logo

Əlaqə nömrələri

+ 994 12 375 84 83

+ 994 50 611 06 94

Bakı şəh., Nizami ray.
C. Naxçıvanski küç. 81

Sənədlərin texniki ekspertizası

Sənədlərin məhkəmə-texniki ekspertizası sənədin hansı üsulla hazırlanmasını, məzmununun dəyişdirilməsi və üsulunun müəyyən edilməsini, sənədin ilkin vəziyyətinin müəyyən edilməsini, hazırlanma vaxtının təyin edilməsini, hazırlanmasında istifadə edilən alətlərin, vasitələrin, ləvazimatların və materialların müəyyən edilməsi, həmçinin onun icraçısının eyniləşdirilməsi məqsədilə aparılır.

Sənədlərin məhkəmə-texniki ekspertizasının təyini haqqında qərarda (qərardadda) sənədin və onun hansı hissəsinin, yaxud da hansı imzanın tədqiq olunması dəqiq göstərilməlidir (tarixi, nömrəsi, hansı sözlərlə həmin sənəd başlanır və qurtarır, imzanın yerləşməsi və s.).

Sənədlərin məhkəmə-texniki ekspertizasına materialların göndərilməsi və tərtibi zamanı aşağıdakı qaydalara riayət edilməlidir:   

– tədqiq olunan sənədlər aşkar olunmuş vəziyyətdə tədqiqata təqdim olunmalıdır; iş materiallarına tikməmək şərti ilə onlar ayrı konvertlərdə (paketlərdə) saxlanılmalıdırlar; onların üzərində hər-hansı bir qeydiyyat, düzəliş, göstərici qeyd oluna bilməz; sənədlər xarici mühütün (işıq, nəmlik, hərarət) hər hansı bir təsirindən qorunmalıdır;

– tədqiq olunan sənədlərin köhnəlmiş və yaxud cırılmış hissələrini bir-birinə yapışdırmaq olmaz. Belə sənədləri leykoplastırla, yaxud yapışqan lentlə haşiyələndirilmiş iki şüşənin və nazik şəffaf təbəqənin arasında saxlanılması zəruridir;

– yandırılmış sənədlərə xüsusi ehtiyatla yanaşmaq lazımdır. Onları içərisi pambıqla döşənmiş qutulara yerləşdirmək, yumşaq, məs; papiros kağızı ilə üstünü örtmək daha məqsədəuyğundur;

– möhür və ştampların əksləri üzrə eyniləşdirmə tədqiqatı zamanı təqdim olunan obyektlərlə bərabər, tədqiq edilən möhür və ştampların 5-8 (beş-səkkiz) eksperimental əksləri ekspertizaya göndərilməlidir;

– eksperimental nümunə qismində tədqiq olunan əkslərin rənglərinin intensiv dərəcəsi, istiqaməti və basma gücü (yuxarı sağ kağızın üst hissəsinə perpendikulyar və s.) müxtəlif olmalıdır, həmin əks nümünələr götürülərkən müxtəlif (yumşaq, bərk) altlıqlardan istifadə edilməlidir;

– əgər tədqiq olunan sənədin tərtibindən xeyli vaxt keçmişdirsə (2-3 (iki-üç) ildən çox), ekspertizaya təqdim olunan həmin möhür əkslərinin nümünələri tədqiq olunan sənədin tərtib olma vaxtına uyğun olmalıdır;

– yazı makinalarının, nəzarət kassa maşınlarının, rabitə-texniki cihazların və başqa işarə çap edən vasitələrin eyniləşdirilməsi üçün tədqiq olunan sənədin tarixinə uyğun olan nümunələr təqdim olunan sənədlərlə birlikdə ekspertə təqdim olunmalıdır. Həmçinin, təqdim olunan mətnin eksperimental nümunələri məzmunca eyni olmalıdır. Həmin maşında və cihazda çap olunmuş bütün işarələrin 5-6 (beş-altı) vərəqədə əksləri (surətçıxarma lentlə və lentsiz) ekspertə təqdim olunmalıdır.

Ekspertizanın təyin edilməsi haqqında qərarda (qərardadda) aşağıdakı məlumatlar öz əksini tapmalıdır:

– tədqiq olunan sənədin hazırlanma vaxtından sonra həmin maşının (cihazın) təmirə məruz qalıb-qalmaması; əgər təmir olunubdursa, şrift və ya ayrı-ayrı  işarələrin dəyişdirilib-dəyişdirilməməsi və s.;

– makinada çap olunmuş sənədlərin icra vaxtının müəyyən edilməsində, müqayisəli material qismində konkret yazı makinasında onun tam istifadə ediləsi vaxtında çap olunmuş mətinlərin təqdim edilməsi zəruridir;

– çap olunma formalarının eyniləşdirilməsi üçün çap olunma formanın özünü, yaxud ağ hamarlanmış  kağız üzərində icra edilmiş həmin formanın əksləri təsdiq olunmalıdır;

– sənədin materiallarının eyniləşdirilməsi üçün mürəkkəb tuşun, boya saxlayan həcmlər, qələmlər, qələm ucu, karandaşlar və kağız bağlamalar təqdim olunarkən eyniləşdirmənin məqsədi mütləq göstərilməlidir.

Bu səhifənin məzmununu qorunub