Logo Logo

Əlaqə nömrələri

+ 994 12 375 84 83

+ 994 50 611 06 94

Bakı şəh., Nizami ray.
C. Naxçıvanski küç. 81

Tədqiqat obyektləri

Sənədlərin texniki tədqiqatının əsas obyekti yazılı sənəddir.

Sənədlərin texniki ekspertizasının bilavasitə tədqiqat obyektinə aşağıdakılar aiddir:

– sənədin materialları, yəni sənədin əsası (ən çox kağız); cizgilərin maddələri (mürəkkəb, karandaş, tuş, köçürmə kağızının boyası, ştempel boyası, mətbəə boyası, rəsm boyaları, diyircəkli qələm pastaları); yapışdırıcı maddələr;

– sənədin məzmunu, mətni daxil olmaqla (bura sənədin adı, sayı və tarixi daxildir), imzalar, möhür və ştamp əksləri, qeydlər, işarələr;

– sənədin hazırlanmasında iştirak edən iz yaradan səthlər (mətbəə dəsti, yazı makinaları, möhür və ştamplar, qələm ucları, diyircəkli qələmlər, karandaşlar, kassa aparatları, komposterlər və s.). Ölçü və həcmcə çox böyük olduğuna, yaxud idarələrdə istifadə edildiyinə görə, sadalanan əşyaların bəzilərinin ekspertə bilavasitə tədqiqat üçün göndərilməsi məqsədəuyğun sayılmır. Belə hallarda onlarda çap edilən əks nümunələri obyekt olur;

– sənədin məzmununun anlayışına daxil olan obyektlərə oxşar qeyri-adi predmetdə yerləşən obyektlər.

 

 

Bu səhifənin məzmununu qorunub