Сinayət işləri üzrə keçirilən məhkəmə tikinti-texniki ekspertizasının səlahiyyətlərinə aşağıdakı məsələlər daxildir:
– görülmüş işlərin qəbul aktlarında, eləсə də təftiş zamanı keçirilmiş nəzarət ölçüsü əsasında tikinti quraşdırma və təmir işlərinin həcmlərinin artırılmasının (şişirdilməsinin) müəyyən edilməsi;
– tikinti materiallarının obyektlər üzrə düzgün silinməsinin müəyyən edilməsi (materialların keyfiyyəti, iş şəraiti və material sərfiyyatı istehsalat normaları nəzərə alınmaqla);
– iş həсminin artırılması ilə əlaqədar artıq əmək haqqının ödənilməsinin müəyyən edilməsi;
– material-texniki hesabatların tədqiqatı və texniki istehsalat sənədlərinin analizi.
– tikintidə baş vermiş qəzanın texniki səbəblərinin müəyyən edilməsi;
– yeni tikintilərdə, digər binalarda və s. əsaslı təmirin aparılmasının keyfiyyətinin müəyyən edilməsi;
– tikinti-quraşdırma işlərinin aparılma qaydalarının pozulmasına yol verən səbəb və şərtlərin müəyyən edilməsi.
– Karyerlərdə və daş karxanalarında xanmaldan istehsal olunan materialın dəyərinin və istehsalat həcminin müəyyən edilməsi;
– Karyerlərin və daş karxanalarının texniki baxımından fəaliyyətinin qanuna uyğun aparılıb-aparılmamasının müəyyən edilməsi;
Ekspertizaya aşağıdakı materialların təqdim edilməsi zəruridir:
«a» bəndi üzrə - sənədli təftiş aktı; görülmüş işlərə dair, sifarişçi və podratçı tərəfindən təsdiq edilmiş qəbul aktlarının əsli; faktiki görülmüş işlərin nəzarət ölçü aktları; tədqiq olunan obyektin tikintisi üzrə yerinə yetirilmiş işlərin qeydiyyat jurnalları; tədqiq olunan obyektin tikintisinə dair layihə və smetalar; tikinti quraşdırma işlərinin həcminin artırılmasını müəyyən etmək üçün yığım və üzləşdirmə cədvəlləri; podrat müqavilələri, gizli işlərə dair aktlar; obyektin titul siyahıları, obyektin təhvil-təslim olunmasına dair aktlar və s.
Təmir işləri üzrə əlavə olaraq qüsur aktları təqdim edilməlidir.
«b» bəndi üzrə – sənədli təftiş aktı; yerinə yetirilmiş işlərin qeydiyyat jurnalı və yığım cədvəli; görülmüş işlərin qəbul aktı (2№-li forma); faktiki görülmüş işlərin nəzarət ölçü aktları; maddi məsul şəxslərin yoxlanılan dövr ərzində tərtib etdikləri texniki material hesabatları.
«c» bəndi üzrə – sənədli təftiş aktı; tədqiq olunan obyektlər üzrə yığım cədvəlləri və yerinə yetirilmiş işlərin hesabat jurnalı, obyekt üzrə layihə-smeta sənədləri, görülmüş işlərin nəzarət ölçü aktları, tikinti üzrə əmək haqqı sənədlərinin əsli, müqayisə cədvəlləri.
«ç» bəndi üzrə – sənədli təftiş aktları; texniki materialların hesabatları, layihə-smeta sənədləri, yerinə yetirilmiş işlərin qeydiyyat jurnalı və yığım cədvəli.
«d» bəndi üzrə – baş vermiş qəzanın, təhqiqat aktı, obyektin texniki sənədləri;
«e» bəndi üzrə – yerinə yetirilmiş işlərin keyfiyyətini müəyyən edən sənədlər, tikinti obyekti üzrə layihə smeta sənədləri.