Logo Logo

Əlaqə nömrələri

+ 994 12 375 84 83

+ 994 50 611 06 94

Bakı şəh., Nizami ray.
C. Naxçıvanski küç. 81

Ekspert qarşısında qoyulmuş suallar

Cinayət işləri üzrə keçirilən məhkəmə tikinti-texniki ekspertizasının təyini zamanı işin hallarından və tədqiqat obyektinin xarakterindən asılı olaraq aşağıdakı kimi suallar qoyulur:

a) Yerinə yetirilmiş tikinti işlərinin (quraşdırma, torpaq işləri və s.) faktiki həcmi nə qədərdir?

b) Sifarişçiyə verilmiş işlərin konkret təhvil-təslim aktlarında, görülmüş işlərin faktiki həcmi düzgün göstərilmişdirmi?

c) Tikinti işlərinin icraçılardan qəbul olunması zamanı kənara çıxma hallarına yol verilmişdirmi? Əgər verilmişdirsə, hansılardır?

ç) İşlərin yenidən yerinə yetirilməsi halları vardırmı və müsbət nəticədə onlar əlavə materialların sərf olunması ilə əlaqə­lidirmi?

d) Baş vermiş hadisə (məsələn: uçma) aparılmış keyfiyyətsiz tikinti nəticə­sində ola bilərmi? Əgər olarsa, onda tikintidə yol verilmiş hansı qüsurlar həmin hadisəyə səbəb ola bilərdi?

e) Tikintidə düzgün smeta tərtib olunmuşdurmu, həmin smeta artırılıb və ya azaldılıbsa, onda hansı iş növləri üzrə və hansı məbləğdə olubdur?

ə) Texniki layihə, həmin növ (tip) texniki layihələrə aid olan təlabatlara uyğun tərtib olunmuşdurmu?

f) İş həcmlərinin artırılması ilə əlaqədar artıq tikinti materialları silinməsi və artıq əmək haqqı ödənilməsi faktları vardırmı?

Bu səhifənin məzmununu qorunub