Logo Logo

Əlaqə nömrələri

+ 994 12 375 84 83

+ 994 50 611 06 94

Bakı şəh., Nizami ray.
C. Naxçıvanski küç. 81

Tikinti-texniki ekspertiza mülki işlər üzrə

Mülki işlər üzrə keçirilən məhkəmə tikinti-texniki ekspertizasının səlahiyyətlərinə aşağıdakı məsələlər daxildir:

– yaşayış evlərinin paylar üzrə real bölgüsünün texniki cəhətdən mümkünlüyünün (payın ayrılması) müəyyən edilməsi;

– yaşayış evinin bütünlükdə və ya onun ayrı-ayrı hissələrinin qiymətlərinin (dəyərlərinin) müəyyən edilməsi;

– həyətyanı torpaq sahələrindən isifadə olunması qaydalarının müəyyən edilməsi;

– qarajların, bağ sahələrindəki tikililərin və qurğuların inşasının və ona sərf olunmuş tikinti materiallarının dəyərlərinin müəyyən olunması;

– yaşayış evlərinin mərtəbələrarası örtük panelləri konstruksiyalarından suyun sızma səbəbləri, konstruktiv elementləri bərpa etmək üçün lazım olan təmir işlərinin dəyərinin müəyyən olunması;

– yaşayış evlərində və mənzillərdə gizli nöqsanların (nəmlik, rütubət, kif və s.)  əmələ gəlmə səbəblərinin müəyyən olunması;

– mənzillərdə əlavə tikinti işləri aparılması nəticəsində həmin mənzillərdən təcrid mənzillər yaradılmasının mümkünlüyü.

– yaşayış evlərinin, mənzillərin, qeyri yaşayış sahələrinin ümumi sahələrinin müəyyən edilməsi;

 

Mülki işlər üzrə keçirilən məhkəmə tikinti-texniki ekspertizasına aşağıdakı materiallar və məlumatlar təqdim olunmalıdır:

–mübahisəli mülkün və ya mənzilin, eləcə də torpaq sahəsinin texniki pasportu və plan-sxemi;

–hər hansı bir obyektdə aparılmış təmir-tikinti işlərinə dair qüsur aktları, 2№-li icra aktları və layihə-smeta sənədləri;

–mübahisəli obyektin ilkin vəziyyətinin plan sxemi;

–tərəflərin hər hansı birinin, mübahisəli obyektə dair  təklif etdikləri bölgü variantları;

–mənzilə su sızması barədə müvafiq orqanın (məs: mənzil-istsmar sahəsinin) əməkdaşları tərəfindən tərtib olunmuş aktlar və arayışlar.

 

Torpaq sahələri üzrə keçirilən məhkəmə tikinti-texniki ekspertizasına aşağıdakı materiallar və məlumatlar təqdim olunmalıdır:

Torpaq sahəsinin ayrılmasına dair sərəncam(dövlət, bələdiyyə) və s;

Torpaq sahəsinin ilkin ayrılmasına dair texniki pasport, plan sxem, ayrıc aktı, şəhadətnamə, kadastr planı, çıxarış və.s;

Torpaq sahəsinin ilkin vəziyyətinin plan sxemi;

 

 

Bu səhifənin məzmununu qorunub