Mülki işlər üzrə keçirilən məhkəmə tikinti-texniki ekspertizasının təyini zamanı işin hallarından və tədqiqat obyektlərinin xarakterindən asılı olaraq aşağıdakı kimi suallar qoyulur:
– Tədqiq olunan evin, mənzilin, qeyri yaşayış sahəsinin və.s ümumi sahəsinin müəyyən edilməsi və həmin tikiliyə dair sənədlərdə göstərilən sahəyə uyğun olub-olmaması?
– Tədqiq olunan evin (yaşayış və həyətyanı tikililər nəzərə alınmaqla) dəyəri nə qədərdir?
– Evin, mənzilin, qeyri yaşayış sahəsinin və.s ideal paylar üzrə texniki cəhətdən hansı variantlarda bölmək mümkündür (iki, üç və s. hissələrə)?
– Evin mümkün olan variantda bölgüsü zamanı hansı yenidənqurma işləri görmək lazımdır və onların dəyəri nə qədərdir (evin yaşayış-təsərrüfat təyinatı saxlanılmaqla)?
– Evin, mənzilin, qeyri yaşayış sahəsinin və s. texniki cəhətdən bölünmüş hissələrinin dəyəri nə qədərdir?
– İdeal paydan əlavə real pay fərqinə görə pul şəklində ödənilmə qaydası üzrə tərəflərə düşən evin hissəsinin dəyəri nə qədərdir?
– Tədqiq olunan evin, mənzilin, qeyri yaşayış sahəsinin və s. aşınma dərəcəsi nə qədərdir?
– Paylar üzrə evin bölünməsinin mümkün variantları nəzərə alınmaqla, həyətyanı torpaq sahəsindən istifadə edilməsi qaydaları müəyyənləşdirilsin.
– Evin, mənzilin, qeyri yaşayış sahəsinin və.s yaşayış üçün yararlı olub-olmamasını müəyyən etmək.
– Tədqiq olunan mənzilə su sızmasının texniki səbəbi nə olmuşdur?
– Su sızması nəticəsində mənzildə hansı zədələr əmələ gəlmişdir və onların aradan qaldırılması üçün hansı məbləğdə təmir-tikinti işləri aparılmalıdır?
– Tədqiq olunan mənzillər təcrid yoxsa sıxlaşdırılmış mənzillərdir?
– Mənzillərdə əlavə tikinti işləri aparılmaqla, onlardan təcrid mənzillər yaratmaq mümkündürmü?
Torpaq sahələri üzrə məhkəmə tikinti-texniki ekspertizasının təyini zamanı işin hallarından və tədqiqat obyektlərinin xarakterindən asılı olaraq aşağıdakı kimi suallar qoyulur:
Torpaq sahəsinin yerləşdiyi yeri, sərhədlərini, döngə nöqtələrini, koordinatlarını naturada yerində müəyyən edilməsi;
Torpaq sahələrinin ona dair sənədlərdə göstərilən koordinatlarla üst-üstə düşüb-düşməməsinin müəyyən edilməsi;
Torpaq sahəsinin qiymətləndirilməsi;
Torpaq sahəsi üzrə payların müəyən edilməsi;
Torpaq sahəsinin naturada paylara uyğun bölünməsi;
Tərəflərin hər hansı birinin, mübahisəli obyektə dair təklif etdikləri bölgü variantları;
Torpaq sahəsinin hansı hissədə və ölçüdə zəbt olunub-olunmaması;
Torpaq sahəsinin əkin üçün yararlı olub-olmaması;