Logo Logo

Əlaqə nömrələri

+ 994 12 375 84 83

+ 994 50 611 06 94

Bakı şəh., Nizami ray.
C. Naxçıvanski küç. 81

Ekspert qarşısında qoyulmuş suallar

1.Papilyar naxış izlərinin ekspertizası üzrə

Daktiloskopik ekspertiza qarşısında qoyulan suallar:

-Təqdim edilən obyekt üzərində papilyar naxış izləri vardırmı?

-İzlər hansı əllə, əlin hansı hissəsi ilə, hansı barmaqla qoyulmuşdur?

-İzlər şəxsiyyətin eyniləşdirilməsi üçün yararlıdırmı?

-İzlər konkret bir şəxs, yoxsa bir neçə şəxs tərəfindən qoyulmuşdur?

-Bir neçə yerdən götürülən və müxtəlif daktiloplyonkalara köçürülən izlər eyni şəxs tərəfindən qoyulmuşdurmu?

-İz qoymuş şəxsin əlləri hansı quruluş xüsusiyyətlərinə (barmağın olmaması, qabarın, kəsiyin və s. olması) malikdir?

-Əl izləri hansı hərəkət (toxunma, tutma və s.) nəticəsində qoyulmuşdur?

2.İnsan ayaq izlərinin ekspertizası üzrə

2.1.İnsan ayaq izlərinin ekspertizası qarşısında qoyulan suallar:

Ayaqqabı izlərinin ekspertizası üzrə

-İzlər ayaqqabının hansı hissəsi ilə, yaxud sağ, yoxsa sol ayaqqabı ilə qoyulmuşdur?

-İzlər hansı növ və ölçülü ayaqqabı ilə qoyulmuşdur?

-Müxtəlif yerlərdə aşkar edilən izlər eyni, yoxsa müxtəlif ayaqqabılar tərəfindən qoyulmuşdur?

-Aşkar edilən izlər eyni şəxsin ayaqqabısı (konkret ayaqqabı) tərəfindən qoyulmuşdurmu?

-Aşkar edilən izləri qoyan şəxsin cinsi və təxmini boyunun ölçüsü müəyyən edilsin.

Yalın ayaq (corabda olan ayaq) izlərinin ekspertizası üzrə

-İzlər insanın yalın ayağı (corabda olan ayağı) tərəfindən qoyulmuşdurmu?

-İzlər müəyyən şəxs (konkret corabda olan ayaq) tərəfindən qoyulmuşdurmu?

-Yalın ayaq (corabda olan ayaq) izləri qoymuş şəxs hansı ölçülü ayaqqabı geyinə bilərdi?

İnsanın yeriş yolu izlərinin ekspertizası üzrə

-İnsanın yeriş yolu izinin əmələ gəlmə mexanizmi müəyyən edilsin (həmin izlər şəxsin müəyyən bir yük aparmaqla yeriməsi, qaçması zamanı əmələ gəlmişdirmi, izin istiqaməti necədir və s.).

-İzin mənsub olduğu şəxsin xüsusiyyətləri necədir?

-Yeriş yolu izi konkret şəxs tərəfindən qoyulmuşdurmu?

2.2. İnsan dişi izlərinin ekspertizası üzrə

İnsan dişi izlərinin ekspertizası qarşısında qoyulan suallar:

-Predmet (bədən) üzərində aşkar edilmiş izlər insan dişinin izləridirmi?

-İzlər hansı dişlə (kəsici, azı, köpək) və hansı çənə (alt, üst) ilə qoyulmuşdur?

-İzlər çənənin hansı təsir mexanizmi (dişləmə, dişləyib qoparma) ilə qoyulmuşdur?

-Predmet (bədən) üzərində olan diş izləri konkret şəxsin dişləri tərəfindən qoyulmuşdurmu?

-İz qoymuş şəxsin diş aparatı hansı anatomik və funksional xüsusiyyətlərə malikdir?

-Aşkar edilən protezə əsasən diş aparatı hansı xüsusiyyətlərə malikdir?

-İzlər diş protezi ilə, o cümlədən təqdim edilmiş protez ilə qoyulmuşdurmu?

-Aşkar edilən protez konkret şəxs tərəfindən istifadə edilmişdirmi?

2.3. Şəxsin paltarlarının (əlcəklərinin və s.) ekspertizası üzrə

Paltar izlərinin ekspertizası üzrə

-Aşkar edilən izlər paltarın hissəsi ilə toxunma nəticəsində yaranmışdırmı?

-İzlər paltarın hansı hissəsi ilə qoyulmuşdur?

-Obyektin paltar ilə qarşılıqlı təsir mexanizmi necədir? (sürtünmə, sıxılma və s.);

-Adamla üzərində iz qalan predmetin qarşılıqlı yerləşməsi necə olmuşdur?

-İzlər konkret şəxsin paltarının hissələri tərəfindən qoyulmuşdurmu?

-İzlər konkret şəxsin əlcəkləri ilə qoyulmuşdurmu?

Paltar  üzərində olan mexaniki zədələrin ekspertizası üzrə

-Paltarlar üzərində olan zədələrin əmələ gəlmə mexanizmi necədir?

-Zədələr hansı növ alətlə (predmetlə) yetirilmişdir?

-Paltar üzərində olan zədələr konkret şəraitdə yarana bilərdimi?

-Paltarlar üzərindəki zədələrə əsasən zədənin yetirildiyi anda soyuq silahla (alətlə və ya digər predmetlə) zərərçəkmişin qarşılıqlı yerləşmə vəziyyəti müəyyən edilsin.

3.Sındırma alət vasitələri izlərinin ekspertizası üzrə

Alət və vasitələrin izlərinin ekspertizası üzrə

-Aşkar edilən izlər maneənin sındırılması zamanı alətin (vasitənin) təsiri nəticəsində yaranmışdırmı?

-Maneə (şüşə, qapı və s.) hansı tərəfdən (daxildən və ya xaricdən) sındırılmışdır?

-Sındırma izlərinin əmələ gəlmə mexanizmi necədir?

-İz qoymuş alət hansı növə (balta, lom, burğu və s.) aiddir?

-Sındırma bir, yoxsa bir neçə alətlə həyata keçirilmişdir?

-Bir neçə maneə üzərində olan izlər eyni alətlə qoyulmuşdurmu?

-Maneə üzərində olan izlər konkret alət (vasitə) tərəfindən qoyulmuşdurmu?

   Bağlayıcı  mexanizmlərin (qıfılların) ekspertizası üzrə

-Təqdim edilən qıfıl hansı üsulla açılmışdır (sındırılmışdır)?

-Bir neçə qıfıl eyni üsulla açılmışdırmı?

-Qıfılın bağlayıcı mexanizmi hansı vəziyyətdədir (bağlı, açıq)?

-Qıfıl (bağlayıcı mexanizm) üzərində olan izlər düzəltmə açar və ya kilidaçanın təsirindən yaranmışdırmı?

-Qıfılı onun qapağı altına qoyulmuş nəzarətedici qurğunu pozmadan açmaq mümkündürmü?

-Qıfıl istifadə olunmuşdurmu?

-Qıfılın mexanizmi sazdırmı, qıfıl bağlamaq üçün yararlıdırmı?

-Qıfılı müəyyən alətin (kilidaçan, mismar) vasitəsilə açmaq mümkündürmü?

-Qıfıl hansı növ alətlə sındırılmışdır?

-Qıfıl konkret açar nüsxəsi ilə açılmışdırmı?

-Qıfıl konkret alət növü ilə sındırılmışdırmı?

Qoruyucu qurğuların (plombların) ekspertizası üzrə

-Plomb onun ilkin qoyulmasından sonra asılmışdırmı?

-Plomb, müvafiq normativlərdə nəzərdə tutulmuş qaydalara uyğun olaraq asılmışdırmı?

-Plombun kontakt səthində olan hərf və rəqəm işarələrinin məzmunu necədir?

-Plomb təqdim edilmiş məngənə (qurğu) vasitəsilə qoyulmuşdurmu?

-Bir neçə plomb üzərində olan sıxmalar eyni plomblayıcı məngənə (qurğu) vasitəsilə qoyulmuşdurmu?

-Bir neçə plomb eyni üsulla asılmışdırmı?

 Relyef işarələrinin dəyişməsi (məhv edilməsi) izlərinin ekspertizası üzrə

-Obyekt üzərində relyef işarəsinin məhv edilməsi izləri vardırmı?

-Obyekt üzərində olan nömrənin relyefi hansı üsulla dəyişdirilmişdir (məhv edilmişdir)?

-Relyef işarəsinin dəyişməsi (məhv edilməsi) üçün hansı növ alətdən (vasitədən) istifadə edilmişdir?

-Müxtəlif alətlər üzərində olan işarələr eyni vasitə (puanson) ilə qoyulmuşdurmu?

-İşarələr təqdim edilən qurğu ilə qoyulmuşdurmu (məhv edilmişdirmi, dəyişdirilmişdirmi)?

-İşarənin ilkin məzmunu nədən ibarət olmuşdur?

4.Kütləvi istehsal məmulatlarının ekspertizası üzrə

-Məmulatlar (düymələr, mismarlar, tara şüşələri və s.) eyni bir komplekt qurğuda hazırlanmışdırmı?

-Butılka qapaqları hansı üsulla hazırlanmışdır?

-Təqdim edilən butılkaların ağızlığındakı qapaqlar hansı şəraitdə (sex, əldədüzəltmə) bağlanmışdır?

-Qapaqların hazırlanmasında, butılkaların ağızlığına qapaqların bağlanmasında təqdim edilən alətdən (qurğudan) istifadə olunmuşdurmu?

-Təqdim edilən butılkaların ağızlığının qapaqları eyni alətlə, eyni şəraitdə bağlanmışdırmı?

-Təqdim edilən məmulatın üzərindəki etiketlər, əmtəə nişanları hansı üsulla (zavod, əldədüzəltmə) yapışdırılmışdır və ya bərkidilmişdir?

-Məmulatlar konkret mexanizmdə (qurğuda) hazırlanmışdırmı?

-Hadisə yerində və mənzildə aşkar edilmiş məmulatlar (düymələr, mismarlar, kabellər, tara şüşələri və s.) eyni partiyanın məhsullarına məxsusdurlarmı?

-Metal sikkələrin hazırlanması üçün konkret qurğudan istifadə edilmişdirmi?

-Konkret alətdən metal sikkənin hazırlanması üçün tətbiq edilən qurğuların hazırlanmasında istifadə edilmişdirmi?

5.Tamın hissələrə görə müəyyən edilməsi ekspertizası üzrə

-Hissə predmetlərdən hansı üsulla (sındırma, qoparma, kəsmə) ayrılmışdır?

-Tədqiq olunan obyekt hansı predmetin (alətin, vasitənin, qurğunun və s.) hissəsidir?

-Ayrıca aşkar edilmiş hissələr əvvəllər vahid bütövlük təşkil etmişlərmi?

-Ayrı-ayrı predmetlər eyni komplektin hissələridirmi?

6.Soyuq silahın ekspertizası üzrə

-Təqdim edilən predmet soyuq silahdırmı?

-Həmin predmet soyuq silahdırsa, hansı növ (tip) soyuq silahlara aiddir?

-Təqdim edilən soyuq silah hansı üsulla (zavod, kustar) hazırlanmışdır?

-Soyuq silahın üzərində sonradan hər hansı əlavə və dəyişikliklər edilmişdirmi, əgər edilmişdirsə, bu dəyişikliklər onun təyinatını dəyişdirmişdirmi?

7.Nəqliyyat vasitələrinin izlərinin ekspertizası üzrə

Relssiz nəqliyyat vasitələrinin təkər izinin ekspertizası üzrə

-Təqdim edilən izlər nəqliyyat vasitəsinin təkərləri ilə qoyulmuşdurmu?

-İzlər hansı şin modeli ilə qoyulmuşdur?

-İzlər hansı növ və model nəqliyyat vasitəsi ilə qoyulmuşdur?

-Nəqliyyat vasitəsi hansı istiqamətdə hərəkət etmişdir?

-İzlər hansı növ araba (qoşqu, əl arabası) ilə qoyulmuşdur?

-İzlər hansı növ velosiped (qadın, kişi, yeniyetmə üçün) ilə qoyulmuşdur?

-İzlər konkret nəqliyyat vasitəsi və ya qoşqu tərəfindən qoyulmuşdurmu?

-İzlər müqayisəli tədqiqat üçün yararlıdırmı?

8.Nəqliyyat vasitəsinin ayrıayrı detallarının izlərinin ekspertizası üzrə

-İzlər hansı növ nəqliyyat vasitəsi (yük, minik, tırtıllı və s.) ilə qoyulmuşdur?

-İzlər konkret nəqliyyat vasitəsi tərəfindən qoyulmuşdurmu?

-İzlər nəqliyyat vasitəsinin təsiri nəticəsində yaranmışdırmı?

-İzlərin əmələ gəlmə mexanizmi necədir?

-Nəqliyyat vasitəsi iz qəbul edən səthə münasibətdə hansı istiqamətdə (qarşılıqlı yerləşmə, toqquşma bucağı və s.) hərəkət etmişdir?

-İzlər nəqliyyat vasitəsinin hansı hissəsi (detalı) ilə qoyulmuşdur?

-Hadisə yerində qalmış izlərə, zədələrə və predmetlərə görə nəqliyyat vasitələrinin toqquşduğu yer müəyyən edilsin.

9.Heyvanın ayaq (nal) və diş izlərinin ekspertizası üzrə

-İzlər müəyyən cins (at, öküz və s.) heyvan tərəfindən qoyulmuşdurmu?

-At (heyvan) hansı yerişlə (addımlamaqla, löhrəm, yorğa, çaparaq) hərəkət etmişdir;

-İz konkret heyvanın ayağı (nalı) tərəfindən qoyulmuşdurmu?

-Yeriş yolu izi konkret heyvan tərəfindən qoyulmuşdurmu?

-Obyekt üzərində olan izlər heyvan dişinin (dişlərinin) izləridirmi, əgər belədirsə, onlar konkret heyvan tərəfindən qoyulmuşdurmu?

Bu səhifənin məzmununu qorunub