Logo Logo

Əlaqə nömrələri

+ 994 12 375 84 83

+ 994 50 611 06 94

Bakı şəh., Nizami ray.
C. Naxçıvanski küç. 81

Ekspert qarşısında qoyulmuş suallar

Məhkəmə-Xətşünaslıq ekspertizasının təyini zamanı işin hallarından və tədqiqat obyektlərinin xarakterindən asılı olaraq aşağıdakı kimi suallar qoyulur:

 

-Sənəddəki (sənəd ətraflı təsvir olunur: məs:13.02.2004-cü il tarixli 37 saylı qaimədə) imza (imzanın yerləşdiyi hissə dəqiq göstərilir: məs: «Qəbul etdi» qrafasındakı imza) A.M. tərəfindən, yoxsa imza və xətt nümunələri ekspertizaya təqdim olunan digər şəxslər (bu şəxslərin soyadı, adı və atalarının adları tam şəkildə göstərilir) tərəfindən, yoxsa başqa şəxs tərəfindən icra olunmuşdur?

-Sənəddəki (məs. 13.02.2004-cü il tarixli məktubdakı) «…» sözləri ilə başlayıb, «…» sözləri ilə bitən əlyazma mətn xətt nümunələri ekspertizaya təqdim olunan şəxslər tərəfindən (şəxslərin adı, soyadı və atalarının adları göstərilir), yoxsa başqa şəxs tərəfindən icra olunmuşdur?

-Sənədlərdə (sənədlər təsvir olunur) olan imzalar (imzaların sənədlərdə yerləşdiyi qrafalar, hissələr dəqiq göstərilir) eyni bir şəxs tərəfindən, yoxsa müxtəlif şəxslər tərəfindən icra olunmuşdur?

-Təqdim olunan sənəddəki (sənəd təsvir olunur) əlyazma mətn eyni bir şəxs tərəfindən icra olunmuşdurmu?

-Təqdim olunan sənəddəki (sənəd təsvir olunur) əlyazma mətn (imza) qəsdən dəyişdirilmiş xətlə icra olunmuşdurmu?

-Təqdim olunan sənəddəki (sənəd təsvir olunur) əlyazma  mətninin icraçısının cinsi mənsubiyyəti müəyyən edilsin.

-Təqdim olunan sənəddəki (sənəd təsvir olunur) əlyazma mətn hər hansı qeyri-adi psixofizioloji vəziyyətdə (sərxoş, həyəcanlı və s.) icra olunmuşdurmu?

-Təqdim olunan sənəddəki (sənəd təsvir olunur) əlyazma mətn yazı vərdişinə malik olmayan sol əllə icra olunmuşdurmu?

-Təqdim olunan sənəddəki (sənəd təsvir olunur) əlyazma (imza) (əlyazma və ya imza təsvir olunur) konkret şəxsin (adı, soyadı, atasının adı göstərilir) xəttinə (imzasına) oxşadılmaqla icra olunmuşdurmu? (və bu kimi digər eyniləşdirici və diaqnostik xarakterli suallar)

-İmza, adından imza olunan şəxsin (adı, soyadı və atasının adı göstərilir) özü tərəfindən icra olunmamışdırsa, onda bu imzanın saxtalaşdırılma dərəcəsi sənədi qəbul edən şəxsin (məs: xəzinədar, əməliyyatçı, operator və s.) bu imzanın saxtalığını müəyyən etməməyə əsas verə bilərmi?

 

Bu səhifənin məzmununu qorunub