Logo Logo

Əlaqə nömrələri

+ 994 12 375 84 83

+ 994 50 611 06 94

Bakı şəh., Nizami ray.
C. Naxçıvanski küç. 81

Ekspert qarşısında qoyulmuş suallar

Yolnəqliyyat hadisələri məhkəmə ekspertinin səlahiyyətinə aşağıdakı məsələlərin həlli aid edilir ekspert qarşısında aşağıdakı suallar qoyula bilər:

      Yolnəqliyyat hadisələri mexanizminin tədqiqi (avtotexniki ekspertiza) üzrə:

 

– təqdim edilən məlumatlara görə, nəqliyyat vasitəsi sürücüsünün hadisənin qarşısını almağa texniki imkanı olmuşdurmu?

– sürücünün hərəkətlərində «Yol hərəkəti haqqında» Azərbaycan Respublikasının Qanununun tələblərinə uyğunsuzluq olmuşdurmu?

– mövcud şəraitdə nəqliyyat vasitəsinin tam dayanma yolu neçə metrdir?

– təqdim edilən məlumatlara görə, piyada hərəkətə başlayanda və ya hərəkət üçün təhlükə yarananda, nəqliyyat vasitəsi hadisə yerindən neçə metr məsafədə olmuşdur?

– nəqliyyat vasitəsi hadisə yerindən tam dayanma yoluna bərabər məsafədə olanda, piyada vurulma yerindən hansı məsafədə olmuşdur?

– piyada sürücünün görünüş dairəsinə düşdüyü anda nəqliyyat vasitəsi hadisə yerindən hansı məsafədə olmuşdur?

– nəqliyyat vasitəsi hadisə yerindən tam dayanma yoluna bərabər məsafədə olanda, piyada sürücünün görünüş dairəsində olmuşdurmu?

– piyadanın hərəkət tempinə uyğun olan hərəkət sürətini «Piyadaların sürətlər cədvəli»ndən qəbul etməklə, onun hadisə yerinə qədər qət etdiyi məsafəyə sərf olunan vaxt müəyyən edilsin.

– hadisə yerində qalan tormoz izinin uzunluğuna əsasən, tormozlanmanın əvvəlində nəqliyyat vasitəsi hansı sürətlə hərəkətdə olmuşdur?

– sürücünün nəqliyyat vasitəsinin icazə veriləndən yüksək sürətlə idarə etməsi ilə hadisənin baş verməsi arasında səbəbli əlaqə olmuşdurmu?

– təqdim edilən yolun görünüş məsafəsinə uyğun nəqliyyat vasitəsinin hərəkət sürəti neçə km/saat olmalı idi?

– nəqliyyat vasitəsinin faktiki hərəkət sürəti yolun görünüş məsafəsinə uyğundurmu?

– yolun döngəli hissəsində əyrilik radiusu, eninə maillik dərəcəsi nəzərə alınmaqla yolun döngəli hissəsində nəqliyyat vasitəsinin sürüşməməsi üçün kritik sürət neçə km/saat olmalıdır?

– yolun döngəli hissəsində əyrilik radiusu, eninə maillik dərəcəsi nəzərə alınmaqla yolun döngəli hissəsində nəqliyyat vasitəsinin aşmaması üçün kritik sürət neçə km/saat olmalıdır?

– … markalı avtomobil sola çıxanda öz yolunda olan avtomobil ilə aralarında … metr məsafə olmuşdursa, onda öz yolunda olan nəqliyyat vasitəsi toqquşma yerindən hansı məsafədə olmuşdur?

– … markalı avtomobil sola çıxdığı andan toqquşmaya kimi … metr məsafə qət etmişsə, onda öz yolunda olan nəqliyyat vasitəsi toqquşma yerindən hansı məsafədə olmuşdur?

– hərəkət üstünlüyünə malik olmayan nəqliyyat vasitəsi yolayrıcına girdikdə hərəkət üstünlüyünə malik olan nəqliyyat vasitəsi toqquşma yerindən hansı məsafədə olmuşdur?

-…markalı avtomobil toqquşma yerinə kimi … metr tormoz izi qoymuşdur, həmin avtomobil toqquşma yerindən dayana biləcəyi yerə kimi tormozda neçə metr məsafə qət edə bilərdi?

– əgər tormoz sistemində nasazlıq olmuşdursa, həmin nasazlıq ilə hadisənin baş verməsi arasında texniki səbəbli əlaqə olmuşdurmu? Hadisə baş verməzdən əvvəl sürücü qeyd olunan nasazlığı müəyyənləşdirə bilərdimi?

– əgər sükanlı idarə etmə sistemində nasazlıq olmuşdursa, həmin nasazlıq ilə hadisənin baş verməsi arasında texniki səbəbli əlaqə olmuşdurmu? Hadisə baş verməzdən əvvəl sürücü qeyd olunan nasazlığı müəyyənləşdirə bilərdimi?

– əgər nəqliyyat vasitəsinin … hissəsində nasazlıq olmuşdursa, həmin nasazlıq ilə hadisənin baş verməsi arasında texniki səbəbli əlaqə olmuşdurmu? Hadisə baş verməzdən əvvəl sürücü qeyd olunan nasazlığı müəyyənləşdirə bilərdimi?

– nəqliyyat vasitəsinin xəttə nasaz vəziyyətdə buraxılması və istismar edilməsi ilə hadisənin baş verməsi arasında texniki səbəbli əlaqə olmuşdurmu? Həmin nasazlıq nəqliyyat vasitəsi xəttə buraxılmamışdan əvvəl onun xəttə buraxılmasına məsul olan şəxs tərəfindən müəyyən edilə bilərdimi?

– nəqliyyat vasitəsinin təqdim olunan maddi sübutunda olan sınmış və yaxud zədələnmiş hissə işlədiyi qovşağın texniki vəziyyətinə və hadisənin baş verməsinə səbəb ola bilərdimi?

 

Nəqliyyat vasitələrinin təkərlərinin tədqiqi üzrə:

 

– şin və kamerada olan zədələrin xarakteri (deşilmə, kəsilmə, cırılma, partlama), yaranma mexanizmi müəyyən edilsin. Həmin zədələr hadisədən əvvəl, hadisə zamanı, yaxud hadisədən sonra yaranmışdır?

 

Tormoz və sükanlı idarəetmə sistemləri üzrə:

– tormoz sistemində nasazlıq vardırmı? Onun texniki vəziyyəti «Yol hərəkəti haqqında» Azərbaycan Respublikasının Qanununun tələblərinə uyğundurmu? Tormoz sisteminin hissələrində əmələ gələn zədələrin yaranma səbəbləri, zədələrin nədən yaranmağa xarakterik ola bilməsi, onların hadisədən əvvəl, hadisə zamanı, yaxud hadisədən sonra yaranması müəyyən edilsin. Həmin zədələrin yarandığı sahədə kənar qüvvənin təsirindən yaranmağa xarakterik izlər vardırmı?

– sükanlı idarəetmə sistemində nasazlıq vardırmı? Onun texniki vəziyyəti «Yol hərəkəti haqqında» Azərbaycan Respublikasının Qanununun tələblərinə uyğundurmu? Sükanlı idarəetmə sisteminin hissələrində əmələ gələn zədələrin yaranma səbəbləri, zədələrin nədən yaranmağa xarakterik ola bilməsi, onların hadisədən əvvəl, hadisə zamanı, yaxud hadisədən sonra yaranması müəyyən edilsin. Həmin zədələrin yarandığı sahədə kənar qüvvənin təsirindən yaranmağa xarakterik izlər vardırmı?

 

Nəqliyyat vasitəsində olan şəxslərdən sükan arxasında kimin oturması ilə əlaqədar:

 

– hadisə zamanı nəqliyyat vasitəsinin salonunda olan şəxslərin tibbi rəydə göstərilən bədən xəsarətləri və nəqliyyat vasitələrinin zədələri həmin şəxslərdən hansının hadisə zamanı sükan arxasında oturmasına uyğundur?

 

 Nəqliyyat vasitələrinin hissələrinin tədqiqi (metalloqrafik ekspertiza) üzrə:

 

– təqdim olunan maddi sübutun (metaldan hazırlanmış hər hansı hissənin) qırılmasına səbəb nə olmuşdur?

– təqdim olunan maddi sübutun üzərində olan zədələr və ya onun sınması hadisədən əvvəl, hadisə zamanı, yaxud hadisədən sonra baş vermişdir? Həmin hissənin dağılması uzun müddət ərzində, yaxud ani olaraq baş vermişdir?

– təqdim olunan maddi sübutun üzərində hadisənin baş verməsi ilə əlaqədar ola bilən nə kimi mexaniki zədələr vardır? Əgər varsa, onların yaranma xarakteri müəyyən edilsin.

– təqdim olunan avtomobil elektrik lampasının şüşə kolbası sındığı anda, həmin lampa yanılı olmuşdurmu? Yanırdısa, hansı işığı, yaxın və yaxud uzaq işığı yanırdı?

Bu səhifənin məzmununu qorunub